İqtisadiyyat

Dünya Bankı Azərbaycan üzrə iqtisadi memorandum hazırlayır

Dünya Bankı Azərbaycan iqtisadiyyatı üzrə tədqiqat-analitik memorandum hazırlayır.
“APA-Economics”in məlumatına görə, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sözügedən memorandum 5 ildən bir hazırlanır, pandemiya səbəbindən isə proses bir qədər yubanıb: “Memorandum çərçivəsində ölkə iqtisadiyyatının müxtəlif sektorlarının mövcud vəziyyəti və perspektivləri araşdırılır. Sənəd yaxın üç ay ərzində tam hazır olacaq”.
S. Maykl onu da əlavə edib ki, hazırda Azərbaycanın neft sektoru kifayət qədər potensiala malik olsa da, ölkə hökuməti bir neçə digər qeyri-neft sektorunun inkişafına fokuslanmalıdır: “Məsələn, kənd təsərrüfatı sektorunun potensialı yüksək olsa da, bu sahədə emal sənayesi lazımi səviyyəyə çatdırılmayıb, məhsulların Avropaya ixracı potensialı tam mənimsənilməyib. Bundan başqa, turizm, ticarət və logistika kimi digər qeyri-neft sektorları da böyük potensiala malikdir”.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button