İdman

Dünya çempionatının finalçıları fərqli rəqiblərlə qarşılaşacaq

AVRO-2020-nin 1/8 final mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün daha iki oyun keçiriləcək.
Bu matçlarda son dünya çempionatının finalçıları fərqli rəqiblərlə üz-üzə gələcək. Kopenhagendə DÇ-2018-in vitse-çempionu Xorvatiya ilə üçqat qitə çempionu İspaniya qarşılaşacaq. Qrup mərhələsində ikinci olan rəqiblərin dueli böyük maraq doğurur.
Kopenhagendəki görüşün qalibi 1/4 finalda Fransa – İsveçrə cütünün güclüsü ilə üz-üzə gələcək. Son dünya çempionu və AVRO-2016-nın finalçısı olan “üçrənglilər” Buxarestdəki qarşılaşmanın aşkar favoritidir.
Qeyd edək ki, bunadək Danimarka, İtaliya, Çexiya və Belçika 1/4 finala yüksəlib. 1/8 final mərhələsinə sabah yekun vurulacaq.
AVRO-20201/8 final28 iyun
20:00. Xorvatiya – İspaniyaBaş hakim: Cüneyt Çakır (Türkiyə)Kopenhagen. “Parken” stadionu
23:00. Fransa – İsveçrəBaş hakim: Fernando Andres Rapallini (Argentina)Buxarest. “Nasional” stadionu

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button