İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

İyunun 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,77% – 34 033,67 bəndədək, S&P 500 indeksi 0,54% – 4 223,70 bəndədək, Nasdaq indeksi isə 0,24% – 14 039,68 bəndədək enib.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında iyunun 16-da FTSE 100 indeksi 0,17% – 7 184,95 bəndədək, Fransanın CAC-40 indeksi 0,20% – 6 652,65 bəndədək yüksəlib, Almaniyanın DAX indeksi isə 0,12% – 15 710,57 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 2,14% azalaraq 1 819,7 dollara bərabər olub. 
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,03% azalaraq 1,999 dollar təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button