Dünya

Dünya üzrə 1,5 milyard koronavirus peyvəndi vurulub

İndiyə qədər dünya üzrə koronavirus əleyhinə 1 507 616 196 peyvənd vurulub.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universitetinin (Johns Hopkins University) yayıdığı məlumatlarda deyilir.
Universitetin məlumatına görə, dünya üzrə COVID-19-a ümumilikdə 163 963 931 insan yoluxub. Pandemiyanın başlanğıcından bəri 3 399 793 nəfər infeksiyanın yaratdığı ağırlaşmalardan ölüb.
Ən çox yoluxma ABŞ-da qeydə alınıb – 32 996 786 nəfər. Xəstələrdən 587 203-ü ölüb.
Hindistan yoluxma sayına görə dünyada ikinci yeri tutur – 25 228 996 xəstə. Bunlardan 208,330 nəfəri ölüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button