Dünya

Dünya üzrə koronavirusa yoluxmaların sayı 14 faiz azalıb

Ötən həftə ərzində 4,1 milyondan çox insan koronavirusa yoluxub, 84 mindən artıq xəstə dünyasını dəyişib. Bu, əvvəlki yeddi günlə müqayisədə xəstələnmə hallarının 14 faiz, ölüm hallarının 2 faiz azalması deməkdir.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı” (ÜST) bildirib.
Ötən həftə ərzində yoluxma halları yalnız Afrikada (4 faiz), Şimali və Cənubi Amerikada (2 faiz) artıb. Avropada, Cənub-Şərqi Asiyada və Şərqi Aralıq dənizi regionunda isə yoluxma halları müvafiq olaraq 25, 21 və 2 faiz azalıb.
Koronavirus səbəbilə ölümlərin sayı Qərbi Sakit okean regionunda 22 faiz, Cənub-Şərqi Asiyada 4 faiz, Şimali və Cənubi Amerikada 1 faiz artıb, lakin Avropada 21 faiz və Şərqi Aralıq dənizi regionunda 11 faiz azalıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button