Cəmiyyət

Dünyada COVID-19-a yoluxanların və bu virusdan ölənlərin sayı artıb

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 167,49 milyon nəfəri ötüb.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 167 492 769 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 3 482 907 insan ölüb.
Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 461 347 nəfər təşkil edib. Bu da ötən günlə müqayisədə 22 min nəfər çoxdur.
Son sutkada daha 10 628 insan təhlükəli infeksiyadan ölüb. Ötən gün isə koronavirus 9 322 pasiyentin ölümünə səbəb olmuşdu.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button