Cəmiyyət

Dünyada koronavirusa yoluxanların sayı 175 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 387 mindən çox artıb.
“Rerpot” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 387 209 nəfər yeni koronavirusa yoluxub, 10 158 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 175 306 598, ölənlərin isə 3 792 777 nəfərə çatıb.
Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb – 33 120 623 nəfər. Siyahıda daha sonra Hindistan (29 439 989), Braziliya (17 296 118), Fransa (5 632 993), Türkiyə (5 325 435), Rusiya (5 208 687), Böyük Britaniya (4 558 498), İtaliya (4 243 482), Argentina (4 093 090), İspaniya (3 729 458), Almaniya (3 714 969), və Kolumbiya (2 694 707) gəlir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button