Cəmiyyət

Dünyada koronavirusa yoluxanların sayı 180 milyon nəfəri ötdü

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın bütün vaxtı ərzində dünyada koronavirusa yoluxma ilə bağlı son məlumatları açıqlayıb.
“Report” ÜST-ə istinadən xəbər verir ki, bu müddət ərzində dünyada koronavirusa 180 milyondan çox yoluxma halı qeydə alınıb.
Məlumata görə, COVID-19-a ümumilikdə 180 817 269 yoluxma haqlı təsdiq edilib, koronavirusdan 3 923 238 ölüm qeydə alınıb.
Ötən gün ərzində COVID-19-a 325 138 yeni yoluxma aşkarlanıb.
Xatırladaq ki, koronavirus infeksiyası ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button