İqtisadiyyat

Dünyadakı SES-lərin gücü 2030-cu il üçün 17% artacaq

Dünyada su elektrik stansiyaların (SES) gücü 2030-cu il üçün 1 555 QVt-ı aşacaq ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 230 QVt və ya 17% çoxdur.
“APA-Economics”in Beynəlxalq Enerji Agentliyinə (IEA) istinadən verdiyi məlumata görə, 2020-ci ildə dünyadakı SES-lərin gücü 1 330 QVt təşkil edib.
Buna baxmayaraq, proqnoza əsasən, 2021-2030-cu illərdə SES-lərin artım tempində 2010-2020-ci illərin göstəricisi ilə müqayisədə 23% azalma müşahidə olunacaq.
Qeyd olunur ki, bu azalma Çin, Latın Amerikası və Avropada inkişaf templərin yavaşlamasının nəticəsi olacaq, lakin Asiya-Sakit Okean bölgəsi, Afrika və Yaxın Şərqdə artım templərinin sürətlənməsi hesabına qismən kompensasiya olunacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button