İqtisadiyyat

Dünyanın ən bahalı brendləri açıqlanıb

“Kantar” agentliyi dünyanın ən bahalı brendlərinin reytinqini (“BrandZ Top 100 Most Valuable Global Brands”) hazırlayıb.
“APA-Economics”in məlumatına görə, 2006-cı ildən etibarən hazırlanan reytinq tərtib olunarkən şirkətlərin maliyyə göstəriciləri və istehlakçı rəyləri nəzərə alınır.
Builki siyahının lideri ABŞ-ın “Amazon” şirkəti olub. Brend 683,85 mlrd. ABŞ dolları məbləğində dəyərləndirilir. İllik ifadədə brend 64% bahalaşıb.
Ən sürətli artım “Tesla”da qeydə alınıb. Belə ki brendin dəyəri il ərzində 275% artıb. Bununla belə, şirkət reytinqin 47-ci pilləsində qərarlaşıb. Ən sürətlə bahalaşan ikinci brend isə “TikTok” olub. Brendin dəyəri il ərzində 158% artaraq 43,516 dollara çatıb. Bu göstəriciyə görə üçüncü yerə Çinin “Pinduoduo” ticarət platforması layiq görülüb. Brendin dəyəri 131% artaraq 21 732 dollar təşkil edib.
Dünyanın ən bahalı 10 brendi:
1. “Amazon” (683,85 mlrd. dollar, +64%);
2. “Apple” (612 mlrd. dollar, +74%);
3. “Google” (458 mlrd. dollar, +42%)
4. “Microsoft” (410,27 mlrd. dollar, +26%);
5. “Tencent” (240,93 mlrd. dollar, +60%);
6. “Facebook” (226,74 mlrd. dollar, +54%);
7. “Alibaba” (129,9 mlrd. dollar, +29%);
8. “Visa” (191,285 mlrd. dollar, +2%);
9. “McDonald’s” (154,92 mlrd. dollar, +20%);
10. “Mastercard” (112,88 mlrd. dollar, +4%).

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button