İdman

Dünyanın ən dəyərli liqaları bəlli olub

Dünyanın ən dəyərli çempionatları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, iştirak edən futbolçuların transfer qiymətinə görə ən dəyərli 10 liqa müəyyənləşdirilib.
Siyahıya İngiltərə Premyer Liqası başçılıq edir. “Dumanlı Albion”da oyunçuların ümumi qiyməti 8 milyard 560 milyon avro təşkil edir. Onu müvafiq olaraq İtaliya və İspaniya çempionatları izləyir.
1. İngiltərə. Premyer Liqa – 8,56 milyard avro2. İtaliya. A seriyası – 4,96 milyard3. İspaniya. La Liqa – 4,89 milyard4. Almaniya. Bundesliqa – 4,33 milyard5. Fransa. Liqa1 – 3,45 milyard6. Portuqaliya. Primera – 1,21 milyard7. İngiltərə. Çempionşip – 1,12 milyard8. Braziliya. A seriyası – 1,04 milyard9. Niderland. Erediviziya – 1,01 milyard10. Rusiya. Premyer Liqa – 979 milyon.
Dünyanın ən bahalı futbolçusu isə PSJ-nin hücumçusu Kilian Mbappedir. Fransalı forvard 160 milyon avroya bərabərdir. Dortmund “Borussiya”sının norveçli forvardı Erlinq Haland 130 milyon, “Tottenhem”in qolçusu Harri Keyn isə 120 milyon avroluq transfer qiymətinə malikdir. Həmçinin Ceydon Sanço (“Mançester Yunayted”), Məhəmməd Salah (“Liverpul”), Romelu Lukaku (“İnter”), Kevin de Bruyne (“Mançester Siti”) və Neymarın (PSJ) da qiyməti 100 milyon avrodan yüksəkdir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button