Cəmiyyət

DYP əməkdaşları qanvermə aksiyasında iştirak edib

Mayın 22-də Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin şəxsi heyəti Mərkəzi Qan Bankının əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası təşkil edib.
DYP-dən “Report”a verilən məlumata görə, idarənin inzibati binasında baş tutan aksiyada Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi polis polkovniki Rəşid Piriyev və şəxsi heyət iştirak edib.
Aksiya zamanı ümumilikdə 80 litr qan tədarük olunub.
Tədbirin məqsədi talesimiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaqdır.
Bildirilib ki, “Qan ver yaşat” aksiyasına DYP əməkdaşları ənənəvi olaraq hər il qatılırlar.
Qeyd edək ki, tədbir Nazirlər Kabineti yanında Operativ Qərarghının müəyyən etdiyi karantin qaydalarının tələbləri çərçivəsində baş tutub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button