Dünya

Efiopiyada aviazərbə nəticəsində 50-dən çox insan həlak olub, 100 nəfər yaralanıb

Efiopiyada hava zərbəsi nəticəsində 50-dən çox insan həlak olub, 100-dən çox sakin xəsarət alıb.
“Report”un məlumatına görə, bu barədə həkimlərin açıqlamasına istinadən “Associated Press” bildirib.
Qeyd edilir ki, hava zərbəsi zamanı azı 33 nəfər itkin düşüb.
Yaralılar Mekele şəhərinin xəstəxanasına çatdırılıb. Xəsarət alanlar arasında həddi-buluğa çatmayanlar da var.
Qeyd edilir ki, bomba Toqoqi bazarına atılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button