Dünya

Efiopiyada “Sərhədsiz həkimlər”in əməkdaşları qətlə yetirilib

Efiopiyanın Tıqray regionunda beynəlxalq humanitar “Sərhədsiz həkimlər” (“Medecins sans frontiers” – MSF) təşkilatının üç əməkdaşı həlak olub.
“Report” xəbər verir ki, bu barədə təşkilatın saytında bildirilib.
Qeyd edilir ki, onlarla əlaqə iyunun 24-də kəsilib. Dünən səhər təşkilat üzvlərinin olduğu avtomobil boş tapılıb, bir neçə metr məsafədə isə həkimlərin meyitləri aşkarlanıb.
Həlak olanlar – “Sərhədsiz həkimlər”in fövqəladə vəziyyətlər üzrə koordinatoru Mariya Ernandes, koordinatorun köməkçisi Yohannes Xalefom Reda və sürücü Tedros Qebremariam Qebremaykldır.
“Həmkarlarımıza edilən bu hücumu sərt şəkildə pisləyirik və nə baş verdiyini yorulmadan aydınlaşdırmağa çalışacağıq. Mariya, Yohannes və Tedros Tıqrayda insanlara kömək edirdilər və bu işi həyatları bahasına ödəmələri ağlasığmazdır”, – təşkilatdan bildirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button