İdman

Efiopiyalı idmançı 10 000 m məsafəyə qaçış üzrə dünya rekordunu təzələyib

Efiopiya idmançısı Letesenbet Gidey Niderlandda keçirilən turnirdə 10 000 metr məsafəyə qaçış üzrə yeni dünya rekorduna imza atıb.
APA TASS-a istinadən xəbər verir ki, 23 yaşlı idmançı məsafəni 29 dəqiqə 1,3 saniyəyə qət edərək niderlandlı Sifan Hassanın 5 iyun tarixində əldə etdiyi nailiyyəti üstələyib.
“Dünya rekordunu təzələyəcəyimə ümid edirdim. Əlbəttə ki, növbəti dəfə rekordumu qırmağa çalışacağam və 29 dəqiqəyə qaçışı bitirəcəm”, – Gedey belə deyib.
23 yaşlı idmançı dünya çempionatının gümüş medalçısıdır. Onun dünya kros çempionatında beş qızıl və bir gümüş medalı da var.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button