İqtisadiyyat

EIA 2021-2022-ci illərdə ABŞ-da neft hasilatı üzrə proqnozunu artırıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) ölkədə neft hasilatı üzrə proqnozunu artırıb.
“APA-Economics” EIA-in aylıq hesabatına istinadən verdiyi xəbərə görə, cari il ABŞ da gündəlik neft hasilatının 11,1 mln. barel olacağı gözlənilir. Ötən proqnoza görə, bu göstərici 11,08 mln. barel təşkil edəcəyi ehtimal olunurdu.
Proqnoza əsasən, 2022-ci ildə ABŞ-da gündəlik neft hasilatı 11,85 mln. barel təşkil edəcək ki, bu da ötən proqnozdan 60 min barel çoxdur.
Qeyd edək ki, EIA-in hesablamalarına görə, ötən il ABŞ-da ortalama gündəlik neft hasilatı 11,31 mln. barel olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button