İqtisadiyyat

EIA “Brent” neftinin builki orta qiyməti üzrə proqnozunu yüksəldib

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) proqnozlarına görə, qlobal neft hasilatının artması dünyada neft ehtiyatlarının azalmasının qarşısını alaraq cari ilin ikinci yarısında daha balanslaşmış neft bazarına yol açacaq.
“APA-Economics” xəbər verir ki, bu barədə EIA-in aylıq hesabatına deyilir.
Qeyd olunur ki, may ayında “Brent” markalı neftin bir barelinin orta spot qiyməti 68 ABŞ dolları təşkil edib ki, bu da aprel ayı ilə müqayisədə 4 dollar çoxdur. Önümüzdəki aylarda EIA qlobal neft hasilatının artan qlobal neft istehlakı səviyyəsinə uyğun artacağını gözləyir.
“Biz “Brent”in qiymətinin 2021-ci ilin III rübündə cari səviyyələrə yaxın qalaraq ortalama 68 dollar təşkil edəcəyini gözləyirik. Lakin 2022-ci ildə biz “OPEC+”ın hasilatının davamlı artması, ABŞ-ın şist nefti hasilatını sürətləndirməsi və digər ölkələrin hasilatı artırması yavaşlayan qlobal neft istehlakının artımını ötəcəyini və azalan neft qiymətlərinə yol açacağını gözləyirik. Bu faktorlara əsaslanaraq, biz “Brent”in 2022-ci ildə orta qiymətinin 60 dollar olacağını gözləyirik”, – hesabatda deyilir.
EIA 2021-ci il üçün “Brent”in orta qiyməti üzrə proqnozunu 62,26 dollarda 65,19 dollaradək artırıb.
Qeyd edək ki, EIA-in mayda dərc olunmuş hesabatında “Brent” markalı neftin qiyməti üzrə proqnozunu kəskin artırmışdı. Belə ki, EIA-ın may hesabatında sözügedən neft markasının qiyməti 60,74 dollar (il ərzində qeydə alınan pik proqnoz həddi) səviyyəsində proqnozlaşdırılırdı, bu da yanvarda verilən proqnozla müqayisədə 13,66% və ya 7,3 dollar çoxdur. Cari ilin yanvar ayında isə bu göstərici 53,44 dolar (minimal proqnoz həddi) təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə “Brent” neftinin orta qiyməti 41,69 dollar təşkil edib.
Hazırda “Brent” neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsinin dəyəri 72 dollardan çox təşkil edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button