İqtisadiyyat

EIA maye karbohidrogenlərin qlobal tələbatı üzrə proqnozunu açıqlayıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu açıqlayıb.
“APA-Ecocomics”in EIA-yə istinadən verdiyi məlumata görə, bu il üçün maye karbohidrogenlərə olan qlobal sutkalıq tələbat üzrə proqnoz əvvəlki səviyyədə saxlanılıb. Belə ki, əvvəlki proqnozda EIA bu il tələbatın 5,4 mln. barel artaraq 97,7 mln. barelə çatacağını qeyd etmişdi.
2022-ci il üçün isə proqnoz bir qədər azaldılıb. EIA gələn il maye karbohidrogenlərin gündəlik tələbatının 3,6 mln. barel artaraq 101,3 mln. barelə çatacağını gözləyir (əvvəlki proqnoz 101,4 mln. barel idi – red.).
Qurum qeyd edir ki, may ayında dünya üzrə sutkada 96,2 mln. barel neft və maye yanacaq istehlak olunub, bu da 2020-ci ilin may ayına nisbətən 11,9 mln. barel çoxdur, lakin 2019-cu ilin mayı ilə müqayisədə 3,7 mln. barel azdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button