Cəmiyyət

Ekspert: “Delta” ştammı Cənubi Qafqazda yayıla bilər

“Koronavirusun “Delta” variantının Cənubi Qafqaz regionunda yayılması ehtimalı yüksəkdir”.
Bunu “Report”a Ümumdünya Səhiyyə Təşkilatı Avropa bürosunun fövqəladə vəziyyətlər üzrə eksperti Katrin Smolvud bildirib.
Ekspert “Delta” ştammının Avropada və Rusiyada digər variantları sürətlə sıxışdırdığını, Cənubi Qafqaz və Orta Asiya regionlarında da bənzər halların gözlənilən olduğunu diqqətə çatdırıb.
Azərbaycanın indiyədək koronavirusa yoluxma sayını azaltmaq istiqamətində çevik tədbirlər həyata keçirdiyini qeyd edən ekspert “Delta” ştammının da yayıldığını nəzərə almaqla ölkədə peyvəndləmə işlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button