İdman

Elxan Məmmədov: “Çempionatımızda böyük rəqabət var”

“Bu gün Premyer Liqada çox maraqlı mövsümə yekun vurulacaq. Sözün əsl mənasında – çox maraqlı!”.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
Qurumun mətbuat xidmətinə açıqlama verən assosiasiya rəsmisi Azərbaycan Premyer Liqasının bu gün keçiriləcək “Neftçi” – “Qarabağ” gorusa barədə fikirlərini açıqlayıb. O, çempionun son turda həll olunmasını rəqabətlə bağlayıb: “Aylar öncə qeyd etmişdik: çempionatımızda böyük rəqabət var və budur, son tur ərəfəsindəyik – hələ çempion bəlli deyil. Nəinki 3-cü və 4-cü pillənin sahibi müəyyənləşməyib, hətta 5, 6, 7 və 8-ci yeri hansı komandanın tutacağı da bilinmir”.
Məmmədov koronavirus pandemiyasının futbola təsirindən də danışıb: “Pandemiya dövründə futbol yarışlarının keçirilməsinə icazə verən Nazirlər Kabineti yanında Operativ Qərargaha və COVİD-19-la bağlı AFFA-nın müvafiq prosedurlarına riayət edən bütün aidiyyəti üzrə şəxslərə təşəkkür edir, koronavirusla əlaqədar heç da asan olmayan dövrdə mövsümü başa vuran komandalarımızı təbrik edirik!”. 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button