Dünya

“Elza” qasırğası ABŞ-a doğru irəliləyir

Atlantik okeanında formalaşmış “Elza” qasırğası ABŞ-a doğru irəliləyir.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Küləyinin sürəti 130 km/saata çatan “Elza”ya 5 kateqoriyalıq cədvəl üzrə hələlik birinci kateqoriya verilib. Artıq Haiti və Dominikan Respublikasına öz təsirini göstərmiş qasırğa yaxın vaxtlarda Kubaya çatacaq.
Hakimiyyət orqanları xəbərdarlıq edərək insanları ehtiyatlı olmağa və küçələrə çıxmamağa çağırıb. Haiti və Dominikan Respublikasında külək ağacları aşırıb, evlərə zərər vurub və əkin yerlərini məhv edib. Bəzi yaşayış məntəqələri işıqsız qalıb.
Proqnozlara görə, qasırğa iyulun 13-də ABŞ-ın Florida sahillərinə çatacaq.
Sinoptiklər küləyin sürətinin azalacağını güman edirlər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button