Siyasət

Ermənilər Fransanı ikiüzlülükdə ittiham etdi – “Fransız rəsmilərinin dedikləri qeyri-səmimidir””

Ermənilər İkinci Qarabağ Müharibəsindəki məğlubiyyətlərinə görə günahkar hesab etdikləri dövlətlər sırasına daim onlara havadarlıq etmiş Fransanı da qatıblar.

Ermənistandakı Araşdırmaçı Jurnalistlər Asossasiyası iddia edir ki, müharibə zonasından tapdıqları “Bayraktar TB2”-nin qalıqlarını araşdırarkən, onun bir çox hissələrinin məhz NATO ölkələri tərəfindən istehsal olunduğu qənaətinə gəliblər.

“AzPolitika.info”xəbər verir ki, bununla bağlı Asossasiyanın “Hetq” onlayn qəzetində yayımlanan araşdırmasında fransızların Qarabağ müharibəsində Azərbaycan üçün əhəmiyyətli rol oynayan türk pilotsuz aparatlarını texniki hissələrlə təmin etdikləri vurğulanıb. Bu məsələ Ermənistanda ciddi müzakirələrə səbəb olub.

Müharibə dövründə bəzi fransız şirkətlərinin Türkiyəyə hərbi tədarükü dayandırdığı xatırladılan araşdırmada bildirilir ki, əslində heç də belə olmayıb və fransızlar ikiüzlü siyasət aparıblar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button