Cəmiyyət

Ermənilərdən ibarət terrorçu silahlı birləşmənin üzvlərinin məhkəməsində şahidlər ifadə verib – YENİLƏNİB-2

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun – Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə digər təqsirləndirilən şəxslər də eyni məzmunlu ifadə veriblər.
Hakim qeyd edib ki, bütün təqsirləndirilən şəxslərin dindirilməsi həyata keçirilib.
Prosesdə şahid qismində Azərbaycan Ordusunun iki hərbi qulluqçu ifadə verib.
Onlar bildirib ki, ermənilərin Hadrut istiqamətində özlərinə mövqe tutması ilə bağlı onlara məlumat daxil olub:
“Dekabrın 12-də Əlican kəndi yaxınlığında bizə həyəcan siqnalı verildi. Biz həmin istiqamətdə irəlilədik. Bizə dedilər ki, onlar dağdan aşağı enirlər. Onları mühasirəyə aldıq. Dedik ki, təslim olmasanız sizi məhv edəcəyik. Onlar təslim olaraq silahlarını təhvil verdilər. Onları bazamıza gətirərək, aidiyyəti üzrə təhvil verdik. Ayın 14-də daha iki nəfəri zərərsizləşdirirək təhvil vermişik”.
Proses iyulun 12-də davam etdiriləcək.
13:10
Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun – Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov sədrliyi keçiriləcən prosesdə təqsirləndirilən şəxslərdən Qriqoryan Feliks Arşakoviç ifadə verib.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, ötən il noyabr ayında hərbi komisarlığa dəvət olunu: “Bildirdilər ki, gəlməsəm barəmdə cinayət işi başlanacaq. Hərbi Komisarlıqda silah-sursatla təmi olundum. Bizə komandir polkovnik-leytenant Arsen Kazaryan təyin edilmişdi. Gecə avtobuslara yola düşdük, yolda yatdıq. Səhəri Laçında açdıq. Mağazadan lazımı şeylər aldıq. Orda hamı erməniydi. Daha sonra rus sülhməramlılarının yanından keçərək bir dağ tərəfə gəldik. Orda Arsen Kazaryan demədi ki, bura Azərbaycan torpağıdır. Bizə deyilmişdi ki, Ermənistan sərhədlərini qoruyacaqsınız. 13-14 gün orda qaldıqdan sonra bizə dedilər ki, aşağı düşün. Evə qayıtmalıydıq. Aşağı düşəndə Azərbaycan ordusu tərəfindən saxlanıldıq. Silahlarımızı təhvil verərək təslim olduq”.
Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi ziddiyət yaranıb. Bu səbəbdən onun istintaqa verdiyi ifadə elan edilib.
Qriqoryan Feliks Arşakoviç məhkəmədə verdiyi ifadəni təsdiqləyib.
Prosesdə Anbardanyan Vels Karapetoviç dindirilib.
O da digər təqsirləndirilən şəxslər eyniməzmumlu ifadə verib. Bildirib ki, getdikləri ərazinin Azərbaycan torpaqları olduğundan xəbərsiz olub:
“10 noyabr bəyanatından xəbərim olub. Bilirdim ki, Laçını Azərbaycana təhvil verməliyik. Lakin Laçına gələcəyimizdən xəbərimiz olmayıb. Ora çatandan sonra xəbərimiz olub ki, biz Laçındayıq”.
Təqsirləndirilən Mikaelyan Andranik Vazgenoviç ifadə verərək müharibə dövründə Cəbrayıl istiqamətində olduğunu deyib:
“Sentyabrın 27-də çağırışçı kimi hərbi komisarlığa getmişəm. Məni Cəbrayılda yerləşən hərbi hissəyə göndərdilər. Cəbrayılın Azərbaycan ərazisi olduğunu bilirdim. Sadəcə etiraz edə bilmədim. Dedilər, əmrə tabe olmasam həbs ediləcəm. Cəbrayılda döyüşlərdə olmamışam. Azərbaycan tərəfi hər gün irələyirdi. Ordumuzdan itkilərimiz var idi. Bir müddət qaldıqdan sonra Cəbrayıldan bəzi hərbi qulluqçularla qaçdıq. Oktyabrın 17-də artıq evdəydim. Daha sonra hərbi polis zəng elədi dedi ki, gəlməsən həbs olunacaqsan. Noyabrın 27-də hərbi komisarlığa getdim”.
Prosesdə Vardanyan Arsen Araikoviç, Tadevosyan Hrayr Seryojeviç, Bahrekyan Vahagen Edikoçiv eyniməzmunlu ifadə verib.
Prosesdə fasilə elan edilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən – Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.
“Report” xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər dindirilir.
Açıq keçirilən məhkəmə iclasında media nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin əməkdaşları iştirak edirlər.
Məhkəmə iclasında təqsirləndirilən şəxslərə hüquqları izah edilir, onların dövlət hesabına vəkillər və tərcüməçi ilə təmin olunduqları bildirilir.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.
Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və digərləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.
Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən digər şəxslərin cinayət işi ayrıca icraata ayrılıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button