Gündəm

Ermənistan müdafiə nazirliyi deyir Azərbaycan tərəfinə dəstəyin qarşısı alınıb

Ermənistan Müdafiə Nazirliyi sərhəddə vəziyyətin sabit olduğunu, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin heç bir möhkəmləndirmə işi aparmadığını və vəziyyəti ağırlaşdırmadığını bildirir.

Azadlıqradiosunun erməni xidmətinin verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin bazar günü açıqlanasında belə deyilir.

Amma məlumatda həm də vurğulanır ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri bazar günü gecə Azərbaycan tərəfinin maddi-texniki dəstək üzrə işlərin qarşısını alıb.

Nazirliyin açıqlamasında qeyd edilir ki, mayın 16-da Ermənistanın Syunik və Qeqharkunik bölgələrindəki bəzi sərhəd bölgələrində vəziyyət dəyişməyib.

Məlumatda vurğulanır ki, “Azərbaycan hərbçilərinin irəliləməyə çalışdığı istiqamətlərdəki bütün yollar Ermənistan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır – qarşı tərəf əlavə silah-sursat daşımaq imkanından məhrumdur”.

Mayın 12-də Yerevan Azərbaycan qüvvələrinin Ermənistanın Sünik vilayətinə bir neçə kilometr irəlilədiyi iddia edib.

Ancaq Azərbaycan tərəfi bunu sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.

Azərbaycan XİN bəyan edib ki, Sovet İttifaqı dağılandan sonra bu iki ölkənin sərhədi demarkasiya olunmayıb və indi hərbçilər qış aylarında əlçatmaz mövqelərə keçirlər. Nazirlik qeyd edir ki, bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur:

“Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir”.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button