Dünya

Ermənistan ordusunun iki generalı vəzifəsindən azad edilib

Ermənistan Silahlı Qüvvələrinin iki yüksək vəzifəli şəxsi vəzifəsindən azad edilib.
“Report” “Aysor”a istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan bununla bağlı sərəncam imzalayıb.
Sənədə əsasən, Ermənistan Silahlı Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunlarının rəisi, general-mayor Armen Vardanyan və Ermənistan Silahlı Qüvvələri Mühəndis Qoşunlarının rəisi, general-mayor İşxan Matevosyan vəzifədən azad ediliblər.
Onların vəzifədən azad edilmələrinin səbəbi hələ ki məlum deyil.
Qeyd edək ki, İ.Matevosyan 2015-ci il, A.Bardanyan isə 2012-ci ildə bu vəzifəyə təyin olunmuşdular.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button