Dünya

Ermənistan parlamenti sədrinin müavini müxalif deputatı “axmaq” adlandırıb – VİDEO

Ermənistan parlamenti sədrinin müavini Lena Nazaryan mikrofonu söndürməyi unudaraq müxalifətdən olan deputat Taqui Tovmasyanı “axmaq” adlandırıb.
“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
Tovmasyan iyunun 3-də parlamentdəki çıxışında Ermənistan hərbçilərinin cəsədlərinin təhqir edilməsinə və onların saxlanılmasına görə hökuməti tənqid edib. Onun çıxışından sonra Lena Nazaryan sakit, ancaq hamının aydın baş düşəcəyi və eşidə biləcəyi səslə mikrofunu söndürməyərək deputatın ünvanına “axmaq” deyib.
Tovmasyan sədr müavinindən üzr istəməyi tələb edərək onu hədələyib: “Əks halda mən daha sərt davranacağam”.
Ancaq Lena Nazaryan üzr istəməyib.
Qeyd edək ki, Tovmasyan 2020-ci il noyabrın 16-da hakim “Mənim addımım” fraksiyasından çıxıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button