Gündəm

Ermənistan tərəf Tovuz istiqamətində mövqeləri atəşə tutub 

İyunun 24-də saat 14.30-dan başlayaraq Ermənistan silahlı qüvvələri Berd rayonunun Aygedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan olmadığı deyilir.

Eyni zamanda indi bu istiqamətdə vəziyyətin sabit, əməliyyat şəraitinin nəzarət altında olduğu qeyd edilir.

Azərbaycan, Ermənistan və Rusiya liderləri ötən ilin noyabrında atəşkəsin dayandırılması ilə bağlı üçtərəfli saziş imzalasalar da, sərhəd bölgəsində atəşkəs vaxtaşırı pozulmaqdadır.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button