Dünya

Ermənistan vətəndaşı Gürcüstana qanunsuz xarici valyuta keçirməyə cəhd edib

Gürcüstan-Ermənistan sərhədində yerləşən “Ququti” gömrük-buraxılış məntəqəsində külli miqdarda xarici valyutanın ölkə ərazisinə daxil edilməsi faktının qarşısı alınıb.
“Report”un yerli bürosu xəbər verir ki bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.
Ermənistan vətəndaşına məxsus avtomobil və əl yükünə keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilmiş 20 min ABŞ dolları və 1 milyon rus rublu aşkarlanıb.
Bəyan edilməmiş xarici valyutaların lariyə nisbətdə məbləği 103 603 lari təşkil edib. Ermənistan vətəndaşına qarşı 10 360,3 lari məbləğində cərimə sanksiyası tətbiq olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button