Dünya

Ermənistanda 7 nəfər qara yara xəstəliyinə yoluxub

Ermənistanın Gümrü şəhər yolxucu xəstəliklər hospitalına sibir yarası simptomu ilə 7 nəfər yerləşdirilib.
“Report” “Armenpress”ə istinadən xəbər verir ki, bunu Şirak vilayətinin Anin rayonunun İsaakyan kəndinin icra nümayəndəsi Artavazd Arsenyan bildirib.
Onun sözlərinə görə, kənddə 6 iri buynuzlu və 1 xırdabuynuzlu heyvanda sibir yarası (qara yara) simptomları aşkarlanıb.
A.Arsenyan bildirib ki, kəndin 7 sakini hospitala yerləşdirilib: “Bu gün yeni hadisə qeydə alınmayıb”.
Qara yara simptomu ilə hospitala yerləşdirilənlər heyvan otarıb, qəssablıqla məşğul olublar.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button