Dünya

Ermənistanda abituriyentin anasından rüşvət alan məmur həbs edilib

Ermənistanda abituriyentin anasından 3 min dollar rüşvət alan dövlət məmuru həbs edilib.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibliyi yayıb.
Bildirilib ki, Ermənistan Ali Təhsil Nazirliyinin elm, mədəniyyət və idman üzrə Dövlət imtahan və qiymətləndirmə mərkəzinin əməkdaşı əvvəlcədən tərtib olunan imtahan suallarını cavabları ilə birlikdə abituriyent anasına 3 min dollara verməyə cəhd göstərib.
Həmin məbləğ dövlət məmuruna verilərkən xidmətin əməkdaşları onu iş başında tutub.
İmtahan mərkəzinin əməkdaşı “rüşvət almaq” ittihamı ilə həbs olunub. Rüşvəti verəndən isə yaşayış yerini tərk etməməsi barədə iltizam alıblar.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button