Dünya

Ermənistanda axtarışda olan keçmiş nazir tutulub

Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri, Yerevan şəhərinin sabiq meri Qaqik Beqleryan tutulub.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, Moskvadan Yerevana qayıdan zaman Zvratnos hava limanında saxlanılıb.
Q.Beqleryan külli miqdarda dövlət vəsatini mənimsəməkdə, vəzifəsindən sui-istifadədə və digər cinayətlərdə ittiham olunur. Onun barəsində 2020-ci ilin martından axtarış elan olunmuşdu.
Qeyd edək ki, Q.Beqlaryan 2006-cı ildən keçmiş prezident Serj Sarqsyanın başçılıq etdiyi Respublikaçılar Partiyasının üzvüdür. O, 2009-2010-cu illərdə Yerevanın meri, 2012-2016-cı illərdə isə nəqliyyat və rabitə naziri işləyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button