Dünya

Ermənistanda kəndlilər su tələbi ilə yolları bağlayıb

Şirak vilayətinin bir sıra kəndlərinin sakinləri Ermənistanın şimal-qərbindən keçən Yerevan-Gümrü avtomobil yolunu kəsiblər.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onlar əkin sahələrinin suvarılması probleminin həllini tələb ediblər.
Bildirilib ki, iyunun 29-da vilayətin Beniamin kəndi ərazisində keçirilən aksiyada kəndlilər suvarma probleminin təxirə salınmadan həllini istəyiblər. Etirazçıların sözlərinə görə, havaların isti keçməsi və yağıntının olmaması kənd təsərrüfatına kəmiyyət və keyfiyyət baxımından böyük ziyan vurur.
Qeyd edək ki, iyunun 26-da kəndlilər Armavir vilayətində də oxşar etiraz aksiyası keçiriblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button