Dünya

Ermənistanda keçmiş deputatın avtomobili qumbara ilə partladılıb

Ermənistan Respublikaçılar Partiyasından keçmiş deputat Miqran Akopyanın avtomobili qumbara ilə partladılıb.
“Report” xəbər verir ki, bu barədə sabiq deputatın özü “Sputnik Armeniya”ya məlumat verib.
Onun sözlərinə görə, hadisə səhər saat 9.30 radələrində baş verib: “Partlayış nəticəsində mənim və qonşumun maşını zədələnib”.
Keçmiş deputat hadisəni siyasi fəaliyyəti ilə əlaqələndirib.
Qeyd edək ki, Miqran Akopyan “Kvartet Media” şirkətinin həmtəsisçisi, keçmiş prezident Serj Sarqsyanın başçılıq etdiyi “Şərəf duyuram” seçki blokunun fəallarındandır. Akopyan 2017-ci ilin aprelindən 2018-ci ilin dekabrınadək deputat olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button