Dünya

Ermənistanda koronavirusa yoluxanların sayı 226 949-a çatıb

Ermənistanda daha 193 nəfər COVID-19 pandemiyasına yoluxub.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 226 949-a çatıb. Son sutkada daha 4 nəfər koronavirusdan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 556-ya yüksəlib.
Məlumata görə, koronavirusa yoluxan 218 022 nəfər sağalıb, 3 261 pasiyent müalicə olunur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button