Dünya

Ermənistanda müdafiə nazirinin birinci müavini təyin edildi

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Arşak Karapetyanın ölkənin müdafiə nazirinin birinci müavini təyin edilməsi barədə sərəncam imzalayıb.
“Report” xəbər verir ki, Karapetyan son təyinatına qədər Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin birinci müavini vəzifəsini tutub.
Xatırladaq ki, bu gün Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan istefa verib. Bununla bağlı isə sərəncamı ölkə prezidenti Armen Sarkisyan imzalayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button