Dünya

Ermənistanda nazirin avtomobili qəza törədib, bir nəfər ağır yaralanıb

Ermənistanın ərazi idarəetmə naziri səlahiyyətlərini icra edən Suren Papikyanın “Toyota” markalı xidməti avtomobilinin Ararat vilayətinin Surenavan kəndində “Niva” markalı maşınla toqquşması nəticəsində 14 yaşlı oğlan yaralanıb.
“Report” “Qraparak”a istinadən xəbər verir ki, “Niva”nı yeniyetmə idarə edirmiş.
Onun komada olduğu bildirilir.
Kəndin icra nümayəndəsi Karo Karapetyan deyib ki, hadisə zamanı Suren Papikyan avtomobildə olmayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button