Dünya

Ermənistanda növbədənkənar parlament seçkiləri seçici passivliyi ilə başa çatdı

Ermənistanda Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərində səsvermələr başa çatıb.
Bu barədə “Report” Ermənistan mediasına istinadən xəbər verir.
Məlumata görə, saat 20:00-da ölkənin 2 008 seçki məntəqələrinin hamısı bağlanıb.
Qeyd edək ki, seçkilərdə fəallıq aşağı olub. Bakı vaxtı ilə saat 17:00-a olan məlumata görə, ölkə üzrə 989 972 nəfər, yaxud seçicilərin 38,17 %-i səs verib. Beləliklə, səsvermələr həm də seçicilərin passivliyi ilə seçilib.
Seçkilərin ilkin nəticələri gecəyarı açqlanacaq.
Ermənistan tarixindəki ikinci növbədənkənar parlament seçkilərində 21 partiya və 4 blok iştirak edib. Seçki prosesi bir sıra kobud qanun pozuntuları, hətta silahlı insidentlə müşayiət olunub. Erməni müxalifətçiləri bugünkü səsvermələri ölkə tarixini ən rüsvayçı seçkiləri adlandırıblar. Paşinyanın əleyhdarları bildiriblər ki, indiyə ədər heç bir seçkidə belə qanunsuzluqlar qeydə alınmayıb.
Ermənistanın Baş Prokurorluğuna səsvermələrin gedişatında 64 qanun pozuntusu barədə məlumat daxil olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button