Dünya

Ermənistanda qubernator hökumətə etiraz olaraq istefa verib

Ermənistanın Kotayk vilayətinin qubernatoru Mesrop Mesropyan hökumətin kadr siyasəti ilə razılaşmadığına görə istefa verib.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, bunu mayın 27-də ölkənin Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə bildirib.
M.Mesropyan qeyd edib ki, mayın 10-da istefa ərizəsi yazıb, hökumət onun mrüaciətini qəbul edib. O, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyanın vilayətdə kadr məsələlərinə müdaxilə etdiyini də vurğulayıb.
M.Mesropyan ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla münasibətlərinin şəxs deyil, yalnız işgüzar olduğunu bildirib.
Artıq Kotaykın qubernatoru vəzifəsinə yeni təyinat olub. Vilayətinin Qarni kəndinin başçısı Aqaron Saakyan qubernator təyin edilib.
Qeyd edək ki, M.Mesropyan Ermənistanda energetika sahəsində, o cümlədən “Qazprom Armeniya”da işləyib. 2019-2020-ci illərdə İctimai Xidmətin Tənzimlənməsi üzrə Komissyanın üzvü olub, 2020-ci ilin noyabrından Kotaykın qubernatoru işləyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button