Dünya

Estoniyada prezident və baş nazir postlarını birləşdirməyi təklif edilir

Estoniya prezident və baş nazir funksiyalarını bir vəzifə altında birləşdirə bilər.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu təklifi hakim sağçı-liberal İslahatlar Partiyasının fəxri sədri Siim Kallas irəli sürüb.
“Ölkəmiz kiçikdir, bir qara avtomobil az olar. Belə olsa, əlbəttə ki, hökumət başçısını-prezidenti birbaşa seçmək olardı. Sadə və aydın”, – S.Kallas “Eesti Päevaleht” qəzetindəki məqaləsində yazıb.
S.Kallas qeyd edib ki, hazırda Estoniya prezidentinin seçilməsi proseduru çox mürəkkəbdir. Seçilmək üçün parlamentin 68 və ya Seçki Kollegiyasının 105 üzvünün namizədin lehinə səs verməsi lazımdır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button