Dünya

“Ever Given” gəmisinin rəhbərliyi təzminat ödəməyə razı oldu

“Ever Given” konteyner daşıyan gəminin sahibləri ilə Süveyş kanalı administrasiyası arasında təzminat ödəməklə bağlı razılıq əldə olunub.
“Report” xəbər verir ki, bu barədə gəmi sahiblərinin sığorta şirkəti “UK Club” məlumat yayıb.
Qeyd olunub ki, gəmi tezliklə sərbəst buraxılması üçün hazır olacaq. “Ever Given” konteyner daşıyan gəmi hazırda kanalın ən geniş hissəsindəki Böyük Qorkiy gölü ərazisindədir.
Xatırladaq ki, Süveyş kanalının altı gün ərzində bağlanmasına səbəb olan “Ever Given” gəmisi 900 milyon ABŞ dolları təzminata görə girov saxlanılıb. Təzminata xilasetmə əməliyyatının qiyməti, kanalın fəaliyyətinin dayanması səbəbindən ölkəyə dəyən zərər və itirilən tranzit haqları daxildir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button