Gündəm

Fəallar meşələrin qırılmasına etiraz edirlər 

Bu gün, iyulun 6-da Ekofront İctimai Birliyin bəzi fəalları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin önünə toplaşıblar. Onlar nazir Muxtar Babayevlə görüşmək istədiklərini bildiriblər. Amma demələrinə görə, bu görüş gerçəkləşməyib. Əvəzində fəalları nazirlikdə başqa məsul şəxslər qəbul edib. Lakin fəallar hesab edirlər ki, həmin şəxslər qərar qəbul etmək səlahiyyətinə malik deyirlər.

Fəallar bildirirlər ki, onlar Azərbaycanda aqroparkların yaradılması zamanı meşələrin qırılmasına etiraz edir, qırılan ağacların bərpa edilməsini gündəmə gətiriblər. Onlar hesab edirlər ki, aqroparkları tikən şirkətlərlə bağlanılan müqavilələr və xəritələr ictimaiyyətə acıqlanmalıdır. Habelə, vurğulayırlar ki, meşələrin qırılması ilə nəticələnən müqavilələrə xitam verilməlidir.

Bu tələblərə, hələlik, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və başqa cavabdeh qurumlardan münasibət almaq mümkün olmayıb.

Azərbaycanda aqroparklar 2014-cü il aprelin 16-da Prezidentin imzaladığı “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılır. Rəsmi açıqlamalara görə, ümumilikdə ölkədə 50-dən çox aqroparkın yaradılması nəzərdə tutulur. Aqropark kənd təsərrüfatı məhsulunun intensiv istehsalı, daşınması, saxlanması və satışının təşkilində mühüm rol oynamalıdır.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button