İdman

“Fənərbaxça” əcnəbi baş məşqçi gətirəcək

“Fənərbaxça” növbəti mövsümə əcnəbi baş məşqçi ilə başlayacaq.
Apasport.az xəbər verir ki, bu barədə klub prezidenti Ali Koç məlumat verib.
Klub prezidenti bildirib ki, müvəqqəti baş məşqçi Əmrə Belözoğlu bu postdan ayrılıb. O, həm klubu, həm də Belözoğlunu riskə atmamaq üçün bu addımı atdıqlarını söyləyib. Ali Koç eyni zamanda yeni baş məşqçinin əcnəbi olacağını da təsdiqləyib: “Danışıq apardığımız mütəxəssis düşünmək üçün vaxt istədi”.
Qeyd edək ki, “Fənərbaxça” geridə qalan mövsüm Super Liqada 3-cü yeri tutub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button