Siyasət

Fazil Mustafanı formalaşdıran “mühit: Deputat keçmişini niyə unudur?

Azərbaycanın təqribən son 20 illik tarixində ölkə həyatının bütün sahələri ilə yanaşı, müxtəlif dövrlərdə müəyyən fəaliyyətləri ilə az-çox ictimai rəğbət qazanmış şəxslərin təbiətində də köklü dəyişikliklər baş verdi. Birinci halda, yəni ölkənin fərqli sferalarındakı yeniliklər Azəırbaycanın inkişafını əks etdirirdisə, ikinci halda bu dəyişikiliklər ayrı-ayrı insanların mənəvi degradasiyasından xəbər verir.

Çox təəssüf ki, daxili aşınmaya məruz qalaraq, ilkin mahiyyətini itirən, onlara yönələn rəğbəti asanlıqla nifrətə çevirən ictimai fiqurlar bu gün də baş qaldırmaqda, öz xislətlərini hər fürsətdə göstərməkdədirlər. Əlbəttə ki, bu şəxslərin arasında xüsusi canfəşanlıqları ilə seçilənlər də var və onlar zaman-zaman neqativ planda özlərindən söz etdirməkdədirlər. Ümumi yanaşmadan konkretliyə keçib bildirmək lazımdır ki, bu adamların sırasında “birinci skripka” funksiyasını üzərinə götürənlər də var və  uzun müddətdir ki, bu işi Milli Məclisin deputatı mandatını 16 ildir daşıyan Fazil Mustafa üstlənib. Fazil Mustafanın bioqrafiyasına nəzər saldıqda, onun milli-azadlıq hərəkatı dalğasında tanındığı, daha sonra Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyəti dövründə yüksək vəzifə tutaraq ictimai rəyə oturduğunu görərik. Cəbhə hakimiyyətindən sonra isə AXC-nin daxilindəki qruplar arasında var-gəl edərək daha sonra öz partiyasını yaratdı

. Sözsüz ki, burada partiya ifadəsi şərti mənada işlənir. Çünki bu günə qədər onun partiyasının hər hansı diqqət çəkən fəaliyyəti olmayıb. Buna baxmayaraq, Fazil Mustafa özünün “manevr” qabiliyyətindən yararlanaraq, 2005-ci ildə deputat mandatı almağa nail oldu. Amma Fazil Mustafanın belə bir yüksək siyasi status əldə etməsi nəyin qarşılığında baş verdi? Axı qeyd olunduğu kimi, onun quru adı olan “partiyası” və minimum səviyyədə də olmayan siyasi çəkisi hesabına deputat mandatı qazanması mümkün deyildi. Bəli, bu işdə onun əsas “üstünlüyü” xəyanət bacarığı idi. Vaxtilə onu böyük siyasətə gətirən eks-prezident, mərhum Əbülfəz Elçibəyə və hərəkat yoldaşlarına xəyanət etmiş Fazil Mustafa axırda özünün tapındığı son dəyərləri də ayaqladı. Bu xəyanətlərinin nəticəsində o da özünü az qala 25 il ölkə siyasətinin “boz kardinaı” olmuş Ramiz Mehdiyevin ağuşuna atdı. Sabiq cəbhəçinin bu davranışı təsadüfi sayıla bilərdimi?

Qətiyyən! Çünki Fazil Mustafanın böyüdüyü mühit, formalaşdığı atmosfer onu bütün xəyanətlərə hazır vəziyyətə gətirmişdi. O da ilk fürsətdə bu “potensial”ından istifadə etdi. Yaxşı, burada söhbət hansı mühitdən gedir? Hələ informasiya texnologilarının ölkəyə ayaq açmadığı ötən əsrin 90-cı illərində də Fazil Mustafanın böyüdüyü mühit barəsində o zaman heyrətlə qarşılanan bilgilər dolaşırdı. O deylənlərə inanlar da vardı, şübhə ilə qarşılayanlar da… Lakin Fazil Mustafa öz xəyanətləri sayəsində “böyüdükcə”, onun böyüdüyü mühit haqda deyilənlər də intensivləşdi, daha geniş çevrədə yayılmağa başladı.

Sosial şəbəkələrin təşəkkülü isə bu söz-söhbətlərin detallı formada auditoriyaya çatdırılmasında mühüm vəsilə oldu. Elə bir vəziyyət yaranıb ki, Fazil Mustafanın gəliri ilə böyüdüyü yerin “fəaliyyət”i haqqında əvvəllər şayiə təsiri bağışlayan iddialar artıq sözügedən deputatı şəxsən tanıyan insanlar tərəfindən sosial şəbəkələrdə ən xırda təfərrüatına qədər anladılmaqdadır. Yeri gəlmişkən, Fazil Mustafanın hər yaramazlığından sonra onun çörəyi ilə böyüdüyü yer yenidən xatırlanır. Amma görünən budur ki, o mühitdə böyümək Fazil Mustafa üçün qürur mənbəyi olub. Əks halda, cəmiyyət onun sərhəd tanımayan “fəaliyyət”inə bu qədər şahidlik etməzdi…

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button