İqtisadiyyat

FED faiz dərəcələrini gözləniləndən tez artıra bilər

ABŞ-ın əsas maliyyə orqanı olan Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini gözləniləndən daha erkən yüksəldə bilər.
“APA-Economics”in “The Wall Street Journal”ına istinadən verdiyi məlumata görə, iyunun 16-sı açıqlanacaq proqnozlar onu göstərə bilər ki, rəsmilərin əksəriyyəti faiz dərəcələrinin 2022-2023-cü illərdə artmasını gözləyir. Bunun səbəb kimi, artan inflyasiyanın gözləniləndən daha tez baş verməsi göstərilir. Bundan əlavə, iqtisadi artımın FED-in proqnozlaşdırdığı 6,5%-dən çox olması ehtimalı da bu gözləntilərə əsas verir.
“The Wall Street Journal” qeyd edir ki, FED tərəfindən aylıq xəzinə və ipoteka istiqrazlarının alışını azaltmağa gəlincə, bu proses cari ilin sonunda – növbəti ilin əvvəlində başlayacağı proqnozlaşdırılır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button