İdman

FHN-in əməkdaşı Tokio Olimpiadasına vəsiqə qazanıb

Bu il mayın 7-9-da Bolqarıstanın paytaxtı Sofiya şəhərində parataekvondo üzrə Avropa təsnifat turniri keçirilib.
APA-nın məlumatına görə, 15 ölkənin iştirak etdiyi və 25-dən çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubunun əməkdaşı, ikiqat Dünya və dördqat Avropa çempionu, Prezident mükafatçısı parataekvondoçu Aynur Məmmədova da iştirak edib.
A. Məmmədova yüksək nəticə göstərərək +58 kq çəki dərəcəsində bütün döyüşlərdə qalib gələrək yarışın qızıl medalına layiq görülüb.
Gərgin keçən final döyüşündə idmançımız rəqibini qızıl xalla məğlub edib.
A. Məmmədova avqustun 24-dən sentyabrın 5-dək Yaponiyanın paytaxtı Tokioda baş tutacaq Yay Paralimpiya Oyunlarında iştirak hüququna yiyələnib.
FHN-in İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev bu gün idmançını qəbul edərək, onu qazandığı nailiyyətə görə təbrik edib, idmançıya qiymətli hədiyyə təqdim olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button