Gündəm

FHN isti hava ilə bağlı əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi anomal isti hava şəraiti ilə bağlı əhalini təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Müraciətdə deyilir ki, belə hava şəraitində kiçik ehtiyatsızlıq müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir. Həmçinin, kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.

Qurum ötən sutka ərzində 152 yanğın hadisəsi baş verdiyini bildirir. Onlardan biri paytaxtın Binəqədi rayonunda ağaclıq ərazidə baş vermişdi, 4 hektar ərazini əhatə edən yanğın 3 saata söndürülmüşdü.

Nazirlik həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamağı və bol maye içməyi tövsiyə edir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanda anomal istilər yaxın günlərdə davam edəcək, temperaturun bəzi yerlərdə 44 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button