GündəmSiyasət

Filip Riker: ‘ABŞ yardımçı olmaq istəyir’

 

İyunun 9-da Xarici İşlər naziri Ceyhun Bayramov Bakıda ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb.

Bu haqda Xarici İşlər Nazirliyi xəbər yayıb.

Məlumata görə, F.Riker görüşdə Azərbaycanın güclü tərəfdaş ölkə olduğunu bildirib və ABŞ-ın ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayıb.

“Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirən ABŞ rəsmisi, eyni zamanda, bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginliklə bağlı narahatlığını ifadə edib. F.Riker mövcud gərginliyin aradan qaldırılması üçün ABŞ-ın yardımçı olmaq istəyini vurğulayıb və ATƏT-in Minsk qrupunun həmsədri qismində səylərə istinad edib” – nazirliyin açıqlamasında qeyd olunur.

C.Bayramovun isə Azərbaycanın vəziyyətin gərginləşdirilməsində maraqlı olmaması, Ermənistanın mina xəritələri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsi, Azərbaycan ərazilərində mina basdırılması məqsədilə diversant qrup göndərməsi və s. barədə məlumat verdiyi deyilir.

Tərəflərin həmçinin, ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq ətrafında fikir mübadiləsi apardıqları bildirilir.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button