Dünya

Filippində hərbi təyyarə qəzasında ölənlərin sayı 29-a çatdı, 50 yaralı var – YENİLƏNİB

Filippinin xilasediciləri ölkənin Hərbi Hava Qüvvələrinin Xolo adasında təyyarəsinin qəzaya uğradığı yerdə 29 nəfərin meyitini aşkarlayıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” hərbçilərə istinadən məlumat yayıb.
Qeyd edilir ki, daha 17 nəfər itkin düşmüş sayılır. Qəza zamanı yaralananların sayı 50 nəfəri ötüb.
Hadisə təyyarə Sulu əyalətinin Xolo adasına eniş edərkən baş verib.
09:08
Filippində hərbi təyyarə qəzaya uğrayıb.
“Report” “Agency France Presse”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Qüvvələri məlumat yayıb.
Məlumata görə, hadisə zamanı təyyarədə 85 nəfər olub. Ölkə ordusunun generalı Sirilito Sobehana bildirib ki, qəzaya uğrayan C-130 təyyarəsinin alovlanan qalıqları altından 40 nəfər xilas edilib. Onlar xəstəxanalara çatdırılıb. Qeyd edilir ki, hadisə təyyarə Sulu əyalətinin Xolo adasına eniş edərkən baş verib.

“Hadisə yerində xilasedicilər işləyir, biz onların həyatının xilas olunması üçün dua edirik”, – general deyib.
Yerli mətbuat ordudakı mənbələrə istinadən qəza zamanı azı 17 nəfərin həlak olduğunu bildirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button