İdman

Final mərhələlərində 700-cü qol vurulub

Avstriya millisi Avropa çempionatlarının final mərhələlərində ilk qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, Franko Fodanın yetirmələri Şimali Makedoniyanı 3:1 hesabı ilə məğlub edib.
AVRO-2020-yə qədər turnirin final mərhələsində oynayan yığma indiyədək qalib gəlməmişdi.
Bu görüşdə komandasını ikinci dəfə hesabda önə çıxaran Mixael Qreqoriç də tarixə düşüb. O, Avropa çempionatlarının final mərhələlərində 700-cü qolu vurub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button