İqtisadiyyat

“Fitch” Azərbaycanda neft hasilatının orta maya dəyərini açıqlayıb

SOCAR-ın şərti öhdəliklər riskləri neft hasilatının itkisiz qiymətinin aşağı olması (bir barelə görə ortalama 15 ABŞ dolları) ilə yumşaldılır.
“APA-Economics”in məlumatına görə, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin analitikləri bildirir.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunda görə, Azərbaycan üçün 2021-ci ildə bir barel neftin fiskal itkisiz qiyməti (“fiscal breakeven oil price” – red.) 82,5 ABŞ dolları, 2022-ci ildə isə 66,4 dollar təşkil edəcək.
Xatırladaq ki, SOCAR-ın hesabatına görə, 2019-cu ildə 1 ton neft istehsalının maya dəyəri 123,82 manat (bir barel üçün təqribən 10 dollar – red.) təşkil edib, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 5,84 manat və ya 4,9% çoxdur.
Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar nəzərdə tutulub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button